“Zaferoğlu İnşaat” beynəlxalq mükafata layiq görüldü

Azərbaycanı beynəlxalq zəmində qürurlandıran şirkətlərdən biri olan “Zaferoğlu inşaat” şirkəti daha bir sevindirici uğura imza atıb. Belə ki, hər il ənənəvi olaraq dünyanın fərqli ölkələrində İspaniyanın B.I.D qrupu tərəfindən keçirilən “INTERNATIONAL GUALITY GROWN” mükafatı bu il də Londonda baş tutub.  “Zaferoğlu inşaat” şirkətinin inkişafını nəzərdən qaçırmayan beynəlxalq səviyyəli tədbirdə dünyanın 40-a yaxın ölkəsindən 86 şirkət iştirak edib.  Ölkəmizi isə Memarlıq, dizayn və təmir nominasiyası üzrə “Zaferoğlu inşaat” şirkəti təmsil edib. Mükafat şirkətin prezidenti Zəfər Məmmədova təqdim edilib.

SİFARİŞ