“Zaferoğlu İnşaat” Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb

Azərbaycanın cəbhə bölgəsində gedən qızğın döyüşlərdə ordumuza dəstək olanların sayı durmadan artır.

Bu məqsədlə  fəaliyyət istiqaməti təmir, tikinti və dizayn işləri olan “Zaferoğlu İnşaat - dizayn, inşaat təmir” Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 5.000 manat vəsait ayırıb.

Şanlı Azərbaycanın qürürlu və şərəfli günündə xalqımızı bir daha birliyə səsləyirik!