Mənzil təmirini nədən başlamaq lazımdır?

Mənzil təmirini ilk öncə mənzilin dizaynından başlamaq lazımdır. Mənzilin dizayn etdiyiniz zaman vacib olan amillər varki onlara diqqət yetirməlisiniz. Evinizi hansı şəkildə dizayn edəcəyinizə qərar vermədən öncə , ilk əvvəl hansı dizayn növlərinin olduğunu öyrənməli və bunlardan hansının sizə daha çox uyğun olduğunu anlamalısınız. Azərbaycanda üstünlük verilən 5 ən çox istifadə olunan dizayn üslubunu sizə təqdim edirik.

Modern. Modern üsluba cah-calalın əksi, qızıl suyunun, böyük bəzəklərin, qeyri standart, parlaq fakturaların və spesifik dekorun bolluğu aiddir. Çox azad, amma lazımı dərəcədə yığcam, olan bu üslub sizin mənzilinizdə zərif və funksional sahəni yaratmağa imkan verəcək. Həmçinin, modern üslub sahibin parlaq şəxsiyyətini çox gözəl vurğulayır. Hal-hazırda Modern üslub öz yeni yaranışını yaşayır. Üslub qeyri – adi formalar, müasir materiallar ilə mənzillərin və şəhərkənarı evlərin işləməsi üçün əla seçimdir. Modern üsluba sahəni boş, açıq, maksimal geniş, sahəni doldurulmaması şərtilə müxtəlif materiallardan istifadə etməsi aiddir. Bu üslubun rəng palitrası – kifayət qədər müxtəlifdir: yasəmən çalarları, qızılı, sönük yaşıl rənglər, açıq-boz zadəgan çalarları ola bilər. Hər şey material seçimindən və yerin xüsusiyyətlərindən asılıdır. Ən əsası rənglər çox parlaq olmamalıdır. Əsas məqsəd içəridə rahatlığı yaratmaqdır. İnteryerdə Modern üslub zərif uyğunluq, sadəlik və yüngüllükdür, bu təxəyyülün çərçivəyə salınmış zərif müasirliyidir.

Avanqard. Avanqard üslubda icra edilən interyer, qeyri – adi düşüncələri və orijinal zövqləri olan yaradıcı insanların, həmçinin heç bir asılılığı olmayan – sərbəstliyi sevən insanların könlünü oxşayacaqdır. Avanqard üslubun  ən əsas amili rəng seçimidir. Burada uyğunsuz rənglərin qarışığından istifadə olunur. İlk öncə parlaqlıq və vulqarlıq arasında zərif toxunuş hiss olunmalıdır. Bu üslubda xırdalıq olmur. Avanqard üslubun interyerində divar kağızının istifadəsi istisnadır. Divarın birini qara rəngə, onun əksində olan divarı isə ağ boyamaq mümkündür. Ağ divarın yanında qara kreslo olarsa, təzadın effekti güclənəcəkdir. Amma qara divarda açıq kölgə etmək olar. Ümumiyyətlə 4 divarın hər birini fərqli rəngdə rəngləmək mümkündür. Mebel Avanqard üslubun digər detalları kimi, unikal elementləri özündə göstərir. Bu səbəbdən də divan – kreslo dəstinə xüsusi bir yerə ehtiyac yoxdur. Avanqard üçün bu çox bayağıdır. Parlaq divarlara tünd mebel daha uyğundur. Ümumiyyətlə burada istənilən forma və qərarlar mümkündür və bu ancaq mebelə aid deyil. Müxtəlif qeyri – adi materialları birləşdirmək olar. Rəngli metaldan və ya şüşədən qeyri – adi, maraqlı kompaziya hazırlamaq olar. Nəticədə, əvəzolunmaz incəsənət işi yaranacaq.

Loft. Bu üslubu fərqləndirici xüsusiyyəti yüz metrəli, arakəsmə ilə bölünməmiş, çox böyük məkanlar və divar boyu pəncərələr. Divarda gizlənməmiş borular və ventilyasiya qutuları,kobud kərpic,paslanmış üstü örtülü tirlər. Loft üslubunda adətən soyuq rəngdə çalarları istifadə olunur (metal,göy və s.).Bu üslubda rəng çalarları ən əsas özəlliyi ondadır ki, məkan 4 divardan yalnız biri tamam fergli rəngdə olur digər 3-u isə eyni rəngdə qalır, məsələn 3 divar kərpicdən digər bir divar isə metal tipli suvaqla boyamaq olar. İnteryerdə Loft üslubu mənziliə çoxlu işıq düşməsi üçün pərdəsiz böyük pəncərələr tələb edir. Döşəmənin bərpa olunan və açıq şəffaf lakla örtülmüş taxtaları , cəsarətlə eksentrik yüngülləşdirilən rəngli xalça . Tavan son dərəcədə işıqlı və geniş olmasını hiss etdirən qar kimi ağ rəngdə olmalıdır. Mebel əsasən metal və ya metala oxşar rənglə boyanan olur, açıq və tünd tonlarda ağacdan düzəldilmiş mebeldə istifadə etmək olar. Adətən mebel funksional və sadə olur, arakəsmə vəzifəsini də daşıyır. Kreslolar iri, divan kimi ola bilər. Bu üslub daha çox restoran fastfood məkanlarında istifadə olunur.

Neoklassika. Neoklassik üslub interyerdə bütün incəlikləri ilə tərənnüm olunan ideal estetikadır. Neoklasik üslüb klassik üslubun sadə versiyasidir. Bu üslübun adətən qum, mirvari, süd, solğun çəhrayı, boz, bej və digər sakit rənq çalarlarından istifadə olunur. Əlvan rənqlər bu üslubdan uzaqdılar. Lakin bəzən firuzəyi rənq neoklassik üslubda işlənilən interyeri tamamlayir. Bu üslübda ineryer-dizayn etmək üçün divarların hündür olması şərtdir. Mebel yerləşimində klassik üslubdaki kimi buradada simmetriyaya diqqet olunur. Neoklassik uslubda istifadə olunan mebellərdə bu qaydalara uygun olmalıdırlar. Dizaynerlər neklassik dizayn yaradanda sadə həndəsə fiqurlarindan, lampalardan, bralardan və dekorlardan istifadə edirlər. Buda dizaynın tamamlanmasina kömək olur. Neoklassikada da klassikadaki kimi divar və tavanda lepka işləmələrinə böyük yer ayrılır. Lakin onları fərqləndirən neklassik üslubda lepkalarin qızılı rənqə boyanmamasıdır.

Klasik uslub. Üslub sakit, mühafizəkar və yüksək sosial statuslu insanların üslubudur. Hissələrdə nəcib tonlardan istifadə olunur, tərkibi balanslanır və dekora yüklənilmir. Klassisizm üslubunun interyerində funksional zonalarda boşluqları görmək mümkündür. Mühiti əhatə edən ciddi simmetriya daha çox göz önünə buraxılır. Gözə çarpan aksesuarlardan çox istifadə edilmir. Azadlıq hissi – üslubun mühüm nüansıdır, ona görə də 3 m – dən aşağı daxili tavana nadir hallarda rast gəlinir. Klassisizm üslubunun əsas atributları – arkalı sütunlar, kamin, antik üslubunda qəliblər, nadir divar rəsmləri, keyfiyyətli materiallardan pərdələr, zəngin kütləvi, həmçinin şamlar şəklində qızıl suyuna salınmış plafon və çılçıraqlardan istifadə olunur, gül çələngləri, divarda naxışlar və sairə . Ənənəvi olaraq otaqlarda vizual görüntünü genişləndirən bürünc naxışlarla çərçivələnmiş güzgülər qurulur. Mebellər təbii ağacdan əl ilə hazırlanır; qızıl suyu, bahalı daş qaşla və naxışla bəzəndiyinə görə əsl incəsənət əsəri yaradılmış olur. İnteryerdəki mebel uzun müddətə alınır və adətən irsi olaraq ötürülür. Baxmayaraq ki, üslubun hazırlanmasında zənginliyə üstünlük verilir, Klassisizm üslubunda açıq – aydın düz xəttlərə rast gəlmək olur. Onlar sadə ama ciddi görünür. Divarlarda teksturalı divar kağızlarından və dekorativ suvaqdan istifadə olunur. Önəmli materiallar dekorativ daşlar, metallar və ipəkdir. Döşəmədə də dəyərli materiallardan istifadə olunur. Qapı, pəncərə çərçivələrinin möhkəmliyinə diqqət yetirilir. Mütləqdir ki, üslubun prestijliyinə ayaq uydursun. Üslubun rəng çalarları ağ mebel və divarların rəngi ilə həmahəng olan qızılı və pastel tonlardır. Beyini yorğunluqdan azad etmək üçün bu rənglərdən daha geniş ərazilərdə istifadə olunur. Ümumiyyətlə Klassisizm üslubu dincəlmək üçün rahat atmosfer yaradır.

Artıq üslublar haqqında məlumat aldıqdan sonra öz seçiminizi edə bilərsiniz. Üslub seçimi etdiyinizdə otaq və ya mənzilin hansı funksiyanı daşayacağını, mənzildə kimlərin yaşayacağını müəyyən etmək lazımdır. Otağın ölçülərinə əsaslanaraq üslub seçimi etmək məsləhət görülür.  Daha sonra mənzil təmirinin qiyməti (smetası) hazırlanmalıdır, yəni təmirə dəqiq nə qədər pul xərclənəcək: istehlak və üzlük materialları, alətlər, nəqliyyat, ustaların əmək haqqı, zibilin daşınması və digər gözlənilməz xərclər (təmirin 10% çata bilər). Daha sonra dizayna uyğun santexnika, dayaqlarının qoyulması, elektrik xətlərinin, astar, üzlük, suvaq, o cümlədən döşəmənin, tavanın rənglənməsi, santexnika qovşağının kafel, metlax ilə üzlənməsi, divar kağızının vurulması, parketin laklanması.

SİFARİŞ