Loft

Loft sözü tərcümədə çardaq mənasını verir, ABŞ-da ticarət binasının üst qatını və ya anbarını belə adlandırırlar, ancaq üslubun özü praktik olaraq istənilən məkanda ola bilər. Loft – tipik amerikan fenomenidi. Loft-un əsas prinsipi – böyük açıq məkan. Məkan fonun orijinal dekorasiyasına xidmət edir, harada adətən metal, şüşə və plastika üstünlük təşkil edir. Divarlar – maksimal sadə, artıqlıqsız. Loft üslubuna xüsusi dəyəri binanın ötən ömründən miras qalmış detallar verir: divarda gizlədilməyən borular və ventilyasiyalar, işlənməyən kobud kərpicdən divarlar. Loft o dərəcədə yüksək keyfiyyətlə həyata keçirilməlidir ki , həqiqətəndə bahalı hiss olunsun.

Bu üslubu fərqləndirici xüsusiyyəti yüz metrəli, arakəsmə ilə bölünməmiş, çox böyük məkanlar və divar boyu pəncərələr. Divarda gizlənməmiş borular və ventilyasiya qutuları,kobud kərpic,paslanmış üstü örtülü tirlər. Loft üslubunda adətən soyuq rəngdə çalarları istifadə olunur (metal,göy və s.).Bu üslubda rəng çalarları ən əsas özəlliyi ondadır ki, məkan 4 divardan yalnız biri tamam fergli rəngdə olur digər 3-u isə eyni rəngdə qalır, məsələn 3 divar kərpicdən digər bir divar isə metal tipli suvaqla boyamaq olar. İnteryerdə Loft üslubu mənziliə çoxlu işıq düşməsi üçün pərdəsiz böyük pəncərələr tələb edir. Döşəmənin bərpa olunan və açıq şəffaf lakla örtülmüş taxtaları , cəsarətlə eksentrik yüngülləşdirilən rəngli xalça . Tavan son dərəcədə işıqlı və geniş olmasını hiss etdirən qar kimi ağ rəngdə olmalıdır. Mebel əsasən metal və ya metala oxşar rənglə boyanan olur, açıq və tünd tonlarda ağacdan düzəldilmiş mebeldə istifadə etmək olar. Adətən mebel funksional və sadə olur, arakəsmə vəzifəsini də daşıyır. Kreslolar iri, divan kimi ola bilər. Bu üslub daha çox restoran fastfood məkanlarında istifadə olunur.

SİFARİŞ