Avanqard

Avanqard  interyerdə bədii – memarlıq üslubudur.  XX əsrin əvvəllərində cəmiyyətdə inqilabi əhval – ruhiyyənin təsiri ilə meydana gəlmiş, adətən gənclərin üstünlük verdiyi üslublardandır. Avanqard üslub Klassisizm üslubunun qətiyyətlə əks üslubu hesab edilir. Avanqard üslubda icra edilən interyer, qeyri – adi düşüncələri və orijinal zövqləri olan yaradıcı insanların, həmçinin heç bir asılılığı olmayan – sərbəstliyi sevən insanların könlünü oxşayacaqdır. Avanqard üslubun  ən əsas amili rəng seçimidir. Burada uyğunsuz rənglərin qarışığından istifadə olunur. İlk öncə parlaqlıq və vulqarlıq arasında zərif toxunuş hiss olunmalıdır. Bu üslubda xırdalıq olmur. Avanqard üslubun interyerində divar kağızının istifadəsi istisnadır. Divarın birini qara rəngə, onun əksində olan divarı isə ağ boyamaq mümkündür. Ağ divarın yanında qara kreslo olarsa, təzadın effekti güclənəcəkdir. Amma qara divarda açıq kölgə etmək olar. Ümumiyyətlə 4 divarın hər birini fərqli rəngdə rəngləmək mümkündür. Mebel Avanqard üslubun digər detalları kimi, unikal elementləri özündə göstərir. Bu səbəbdən də divan – kreslo dəstinə xüsusi bir yerə ehtiyac yoxdur. Avanqard üçün bu çox bayağıdır. Parlaq divarlara tünd mebel daha uyğundur. Ümumiyyətlə burada istənilən forma və qərarlar mümkündür və bu ancaq mebelə aid deyil. Müxtəlif qeyri – adi materialları birləşdirmək olar. Rəngli metaldan və ya şüşədən qeyri – adi, maraqlı kompaziya hazırlamaq olar. Nəticədə, əvəzolunmaz incəsənət işi yaranacaq.

 

SİFARİŞ