Zəfəroğlu şirkəti haqqında


Zəfəroğlu şirkəti haqqında. “Zaferoğlu Inşaat”-ın əsas fəaliyyət istiqaməti təmir, tikinti və dizayn işləridir. Şirkət quruluşundan indiyədək çox sayda müxtəlif istiqamətli təmir-dizayn işlərinin sifarişini qəbul etmiş, proyektləri uğurla sona çatdırmış və dərin müştəri məmnuniyyəti ilə sahiblərinə təhvil vermişdir. Böyük təcrübə, yeni texnologiya və peşəkar heyət şirkətimizə qəbul etdiyi sifarişləri yüksək keyfiyyət və zəmanətlə təhvil verməsinə imkan verir. Fəaliyyətimiz boyunca əldə etdiyimiz nəticələr qiymətləndirici şirkətlər tərəfindən yüksək səviyyədə qiymətləndirilmişdir.

Daim inkişafda olan şirkətimiz paytaxt Bakı ilə yanaşı regionlarda da fəaliyyətini həyata keçirməklə müştərilərini məmnun edir. Həmçinin yüksək zövqlə tərtib olunmuş dizayn işlərimiz yalnız ölkəmizdə deyil, hətda xarici ölkələrdə də böyük maraqla qarşılanır. Bunun nəticəsində şirkətimiz Moskva və Kiyev şəhərlərində öz nümayəndəliyini quraraq çox sayda sifarişləri qəbul və icra edir.

Yeniləşən dəblə ayaqlaşan şirkətimiz öz müştərilərinin ekskluziv istəklərini həyata keçirmək üçün geniş xarici ticari əlaqələri vasitəsilə ən son texnologiya əsasında hazırlanmış, yüksək zövqlə yaradılmış mebellərin, dekorların, ağac işləmələrinin, elektrik avadanlıqlarlarının alınmasını və Azərbaycana gətirilməsini təmin edir. Biz təmir müddətində nəzarətə məsuliyyət daşıyırıq.

İşçi heyətimizin hər bir üzvü – dizaynerlər, layihələndircilər, iş icraçıları öz sahəsi üzrə geniş biliyə və dərin təcrübəyə malikdir. Şirkətimizdə mütəmadi olaraq təşkil edilmiş kurs və dərnəklərə ustalar və digər sahələrin mütəxəssisləri cəlb olunuraq iş keyfiyyətinin artırılması üçün attestasiya edilir. Keyfiyyətli nəticə üçün müasir materiallardan və tam avtomatlaşdırılmış alətlərdən istifadə olunur. Bizim layihə mütəxəssislərimiz və dizaynerlərimiz müasir dizayn növləri və stilləri üzrə böyük portfel yığa bilmişlər. Layihələr televiziya kanallarında və ixtisaslaşdırılmış jurnallarda yayımlanır.

Son üç ildə təmir və dizayn nominasiyası üzrə London, New York və Dubay kimi nəhəng biznes mərkəzlərində dünyamiqyaslı mükafatlara layiq görülən Zaferoğlu İnşaat təkmilləşdirilmiş təmir planı əsasında beynəlxalq keyfiyyət standartlarına cavab vermiş, onlarla ictimai və şəxsi obyektlərin təhvilini həyata keçirmişdir.

Yaşayış və qeyri-yaşayış obyektlərinin interyer, eksteryer və landşaft dizayn layihələrinin hazırlanması sahəsində ISO 9001:2008 standartlarının tələblərinə uyğunluğu təsdiq edilmiş şirkətimiz, təmir müddətində nəzarətə tam məsuliyyət daşımaqla yanaşı təhvil verilmiş hər cür inşaat xidmətinə minimum 2 il zəmanət verir.

Bütün layihələr nomalara uyğun olaraq texniki dəqiqliklə hazırlanır və həyata keçirilir ki, bu da, mövcud bazarda bizi digərlərindən fərqləndirir. Bununla yanaşı mütəxəssislərimiz tərəfindən həyata keçirilən modelləşdirmə prosesi nəticəsində siz gələcək evinizin, ofisinizin dizaynını detalları ilə seyr edə bilərsiniz.

Bizimlə işləmək sizin üçün daha əlverişlidir çünki, biz hər bir müştərimizə əla servis və fərdi yanaşmanı təmin edirik.

• Layihələndirmənin fərdiliyi,

• Müqavilənin fərdi olaraq müştəriyə uyğunlaşdırılmış tərtibi,

• Fərdi ödəmə qrafiki,

• Fərdi güzəştlər.

SİFARİŞ