“Zaferoglu Insaat” daha bir uğura imza atıb

Bir neçə gün öncə təmir və dizayn sektorunda qabaqcıl şirkətlərdən biri olan “Zaferoğlu İnşaat” New-Yorkda ölkəmiz adına mötəbər uğura imza atıb. Şirkətdən trend-ə verilən məlumata görə, Amerika Birləşmiş Ştatlarında Beynəlxalq Keyfiyyət Sammitinə qatılan “Zaferoğlu İnşaat” Təmir və Dizayn nominasiyasi üzrə beynəlxalq mükafata layiq görülüb. Xatırladaq ki, keçən il şirkət 40-dan çox ölkənin 50 sektor üzrə namizədliyini irəli sürdüyü digər bir beynəlxalq mükafat üçün mübarizəyə başlamışdı. Bir neçə dəfə beynəlxalq qurumun nümayəndələrini Bakıda qonaq edən personal 2012-ci ilin yay aylarında müsabiqəyə qoşulmaq şansını qazandı və həmin ilin noyabr ayında Böyük Britaniyada, Londonda Beynəlxalq Keyfiyyət tacı mükafatına sahib oldu. Ümumiyyətlə, 2003-cü ildən fərdi səkildə fəaliyyət göstərən şirkət 2010-cu ildə rəsmi olaraq “Zaferoğlu İnşaat” adı altında birləşib. Şirkət “Zaferoğlu İnşaat” brendi olaraq, təmir və dizayn sektorunda sözügedən bazarın birinciləri sırasındadır və 2011-ci ildə yaşayış və qeyri-yaşayış obyektlərinin interyer, eksteryer və landşaft dizayn layihələrinin hazirlanması üzrə ISO 9001 standartının tələblərinə uyğunluğunu təsdiq edən beynəlxalq sertifikatı əldə edib.

 

SİFARİŞ