Vitraj

Ekskluziv sənət nümunələrinin interyerlərə tətbiqi hər zaman aktual olmuşdur. Bu sənət növlərindən biri də vitraj üsuludur. Vitraj şüşələr özündə incəsənətin və memarlığın vəhdətini təşkil edir.  Hazırda vitraj istehsalında dörd texnoloqiya mövcuddur: Klassik (Tiffany) – ən qədim texnoloqiyadır, onun əsasında vitrajların  digər istehsal üsulları işlənilib. Bu texnoloqiya qurğuşun çərçivəyə toplanan və hissələrin birləşmələrinə lehimlənən şüşə parçaları deməkdir.Vitrajların rənglənməsini əsas istehsal materialına sobada hamar kütlə alınana qədər, asan əriylən şüşədən və metal oksidlərdən olan, boyaynı daxil edərək əldə edirlər. İngilis texnoloqiyası (RegaLead)  – müxtəlif rəngdə lövhəciklərin bütöv bir iri şüşə üzərinə qaynaq edilməsidir. Hər iki tərəfdən qalan hissə birləşməsi qurğuşun lentlə yapıştırılır. Hazır konstruksiya şüşə üzərində elementləri bərkidmək üçün termik emaldan keçir. Konturlar  müxtəlif endə və rəngdə- ağdan qızılıya kimi və qırmızıdan qaraya kimi- ola bilər. Bəzi vitraj modellərinin konstruksiyasında şüşə elementlərdən- bevelslərdən istifadə edilir. Bevelslər müxtəlif formada olur və ultrabənövşəyi yapışqan üzərinə  yapışdırılır. Qoyulma vitrajların istehsalı üçün əsas kimi şüşənin hər hansı bir növündən- şəffaf, tonlanşdırılmış və kimyəvi üsulla  şəffafsızlaşdırılmış (süd rəngli) şüşədən və plastikdən istifadə edilir. Bu texnoloqiyanın çatışmamazlığı – kiçik elementləri yarada bilməməkdir. Üstünlükləri isə- şəkilin həcimliliyi, vitrajın təhlükəsiz və etibarlı olmağı, fakturaların və rəng palitrasının geniş seçimi , sərfəli qiymət. Zamanla lövhələrin rəngi solmur, onlar çat vermir və laylara ayırılmır. “Qiymət və keyfiyyətin” ən gözəl nisbəti. “Fyuzinq” texnoloqiyası. Vitraj və rəngli şüşə elementlərinin istehsalında istifadə edilən ən müasir texnoloqiyalardan biri fyuzing və yaxud şüşənin sinterləmə (bişmə) prosesidir.Bu texnoloqiya ondan ibarətdir ki, müəyyən bir yaradıcı fikirlə ayrı bir şüşə üzərində müxtəlif ölçüdə və rəngdə olan şüşə parçalarından vitrajın gələcək şəkli yığılır və sonradan bu şəkil xüsusi sobada bişirilir. Bu texnoloqiyanın mənfi cəhəti- məhdud rəng seçimi, əl əməyindən istifadə, kiçik hissələri yaradmaq olmur. Bu texnoloqiyanın üstünlükləri- istehsalın tezliyi,yüksək surəti; böyük şəkil hazırlamaq başa gəlir. Boya ilə naxışlanmış vitraj. Əsas kimi bütöv bir şüşə götürülür və üzərinə kontur çəkilir. Və konturların araları isə vitraj boyası ilə doldurulur. Vitraj imitasiyası üçün lazım olan boya tərkibinin nöqsanları – rütübatə qarşı davamlılığın və işığadavamlılığın olmamasıdır. İşıq və rütubətin təsiri altında vitraj boyaları çox qısa bir zaman ərzində yararsız şəklə düşəcək və çat verəcək. Bu şüşələrin hazırlanması üçün şüşənin səthinə qara və ya rəngli konturlarla dekorativ təsvirin silueti çəkilir. 24 saat quruduqdan sonra həmin konturların arasındakı sahələr təsvirə uyğun olaraq rənglənir. 150-dən artıq müxtəlif standart rənglərin olması və həmçinin istənilən rəngin hazırlana bilməsi təsvirin rəngarəng alınmasında mühüm əhəmiyyət kəsb edir. Həmçinin müasir avadanlığlar sayəsində 3D rejimində işləyən qurğular əyilmiş şüşələr üzərində də vitraj işlərinin görülməsinə şərait yaradır. Həmçinin interyerlərin bəzədilməsində fasetli vitrajlardan da istifadə edilir. Fasetli vitraj nə parlaq rənglərə, nə də ki unikal müəllif rəsmlərinə malikdir. O, çəpləşmiş kənarlarının almaz parıltısı ilə valeh edən bir üsuldur. Sadə naxışlar heç vaxt bezdirmir, onlar günəş şüalarında oynayır və bununla məkanın interyerinə bir zəriflik qatır. Fasetli vitraj demək olar ki, hər bir interyerə və dəbə uyğundur. Vitraj üçün təsvir seçərkən siz ondan nə gözlədiyinizi nəzərə almalısınız. Əgər siz pəncərədən solğun bir mənzərə müşahidə etmək istəmirsinizsə, onda daha mürəkkəb və bir çox elementlərindən ibarət olan naxış seçməlisiniz. Yox, əgər siz sadəcə pəncərəni, onun zərif formalarını vurğulayaraq bəzəmək istəyirsinizsə, iri elementlərdən ibarət vitraj seçin.  Vitrajın naxışı məkanın ümumi dizaynına zidd olmamalıdır. Çünki, fasetli vitrajlar universal dekorativ elementlərdir. Onlar həm klassik üslubda olan interyerlərə və həmçinin “hi-tech” üslubunda olan interyerlərə də uyğun gələ bilər. Faset vitrajları böyük bacarıq tələb edən əl işininin çətinliyi ilə bağlı olaraq çox bahalıdılar və buna görə də nüfuzlu(prestijli) vitrajlar kateqoriyasına aid edilirlər. Fasetli vitrajların üstünlükləri – şüşələrin tamamilə şəffaflığı, orijinal və gözəl virtual effektlər, davamlılıq, konstruksiyanın möhkəmliyi və uzunömürlülüyü və baxımının asan olmasıdır. Şüşə çox ağır çəkiyə malik olduğuna görə, belə vitrajların tətbiqində bəzi məhdudiyyətlər var, məsələn faset vitrajları şəkilin sahəsi  ilə bağlı məhdudiyyətlərə malikdir. Faset vitrajları qapıların, pəncərələrin, mebelin, kiçik arakəsmələrin, taxçaların və tavanın bəzədilməsi üçün idealdır. Azərbaycanlı dizaynerlər bu cür vitrajları daha çox pəncərələrdə və mebel işləmələrində istifadə edirlər. Qərbdə isə bu vitrajlardan  giriş qapılarının şüşə hissələrində istifadəsinə üstünlük verilir

SİFARİŞ