Uşaq otağı necə olmalıdır?

Bizə bir dünya təbəssüm, fərəh bəxş edən körpələrin özünə hər zaman diqqət, qayğı, sevgi lazımdır. Onların sağlam və şən böyüməsi üçün lazım olan hər bir şərait xüsusi olaraq düşünülməlidir. Uşaq otaqları onların özlərinə məxsus məkanları olduğu üçün rahat olmalıdır. Düzgün dizayn olunan uşaq otağı uşağın rahat yatmasını,dincəlməsini, otaqdan zövq almasını, əyləncəli oyunlar oynamasını və keyfiyyətli dərs oxuya bilməsini təmin edir.

Uşaq otağını dizayn etdiyiniz zaman nəyə diqqət etməlisiniz? Rəng seçmi necə olmalıdır? Mebeli necə secmək lazımdır? Uşağın təhlükəsizliyini necə qorumaq lazımdır?

Rənglər:

Qız uşaqları üçün otağa çəhrayı rəng tonları, oğlan uşaqları üçün isə mavi və ya fıstıq yaşılı rəng daha canlılıq verir. Tünd rəqlərdən istifadə etmək məslət görülmür. Çünki rəqlər uşaqlara psixoloji təsir göstərir. Eyni rəngin tonlarindan, ya da eksinə, həddən artiq rənglərdən istifadə məqsədəuygun deyil, belə otagda uşagda daimi yorğunluq hiss edə bilərsiniz. Uşaq biraz böyüdükdə seçimi onun özünə buraxın.

Mebellər:

Ergonomik və standartlara uyğun olmalıdır. Otaq mebellə boğulmamaldır, seyrək olmalıdır. Kitab rəfi, dolabı masanın yaxınında, ya da üstündəki rəflərdə yer almalı, uşağın rahat edəcəyi, dinclik tapacağı yataq olmalıdır. Diqqət edinki mebellərin kənarları iti olmasın. Yataq seçərkən orta sərtlikdə yataq seçin, çünki çox sərt yataq uşağın əzələlərinin inkişafına mənfi təsir edər. Uşaq yıxılmasın deyə yatağın kənarında kiçik də olsa kənarlıq olması məsləhətdir.

Təhlükəsizlik:

 Elektrik keçiriciləri yuxarıda, uşağın əli çatmayan yüksəklikdə yerləşdirin, aşağıdadısa qoruyucu qapaq ilə bağlayın. Pəncərələrə dəmir barmaqlıq vurmaq olar. Üşağın üstünə çıxa biləcəyi əşyaları pəncərədən uzağa qoyun. Körpənin çarpayısı olan yerdə divara ağır aksesuar asmaq olmaz. Yataqda əlavə yastıq, yorğan qoymayın, körpə boğula bilər.

Döşəmə və xalça:

Materialın təhlükəsizliyi barədə düşünün. Döşəmə ekolojı zərərsiz materialdan olmalı, asanlıq ilə təmizlənməlidir. Xalça uşağı zərbələrdən qoruyur, tozu və mikroorqanızımləri özünə çəkir. Uşaqda allergiyaya səbəb olursa, yerə yuyulması və çırpılması asan olan başqa döşəmə salın.

İşıqlandırılma:

Təbii işıq olmalı. Uşaq sağ əli ilə çalışırsa, sol tərəfdən işıq gəlməli, kölgə düşməməlidir. Çalışarkən masaüstü işıqlandırmada, işıq arxadan yüngül alına bilər. Yerdən işıqlandırma da seçim edilə bilər. Gecə lampası olmalıdır, çünki uşaqlar qaranlıqdan qorxa bilərlər.

Amma onuda qeyd etmək lazımdır ki otağı tərtib etdikdə, uşaqların xəyallarını nəzərə almaq vacibdir

, , , , , , , , , , ,

SİFARİŞ