Tələbələr “Zaferoğlu İnşaat”ın təcrübəsini öyrənir (FOTO)

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin 4-cü kurs tələbələri “Zaferoğlu İnşaat” MMC-də təcrübə keçirlər.

“Zaferoğlu İnşaat”ın direkoru Firdovsi Baxışovun rəhbərliyi altında tələbələr əraziyə yollanaraq, hündürmərtəbəli binanın bünövrə tavasının armaturlanması ilə tanış olublar. Burada tələbələr inşaatda armaturların istifadə qaydası və normaları barədə məlumat almaqla yanaşı, prossesi əyani olaraq izləmək imkanı qazanıblar. Eyni zamanda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının memarlıq fakültəsinin müəllimi olan Firdovsi Baxışov inşaat sektorundakı təcrübəsini tələbələrlə bölüşüb və onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, hər il ənənəvi olaraq Azərbaycanda fəaliyyət göstərən fərqli universitetlərin tələbələri “Zaferoğu İnşaat”da təcrübə keçirlər. Təcrübə proqramı çərçivəsində tələbələrə inşaat prossesini yaxından izləmək və nəzəri biliklərini əyani olaraq tətbiq etmək imkanı yaradılır.

SİFARİŞ