Resepşn məkanı neçə olmalıdır?

 

Şirkətlər ofis qurduqları zaman ofislə bağlı bəzi nüanslara diqqət etməlidirlər. Misal üçün ofisə gələcək olan şəxslər foyede öz növbəsini rahat gözləmək üçün bir yerlə təmin olunmalıdırlar. Burada yumşaq rahat divanlar və koltuklar, müxtəlif məlumatlar olan lövhələr və s. olmalıdır.  Bununla yanaşı, ziyarətçi əvvəlcə bütün ofisin ən cəlbedici zonası olan resepşnə yaxınlaşır.

Bu zonanın əhəmiyyətini nəzərə alaraq, hər bir şirkətin qəbulunu orijinal, şık və dəbdəbəli bir şəkildə etməyə çalışması təəccüblü deyil. Bu sahədə rəqabət qeyri-adi dərəcədə böyükdür. Əslində bütün sistemləri olan qəbul masaları daha erqonomik, funksional və cəlbedici istehsal olunur.

İndiki dövrdə dizaynerlər resepşn dizaynı zamanı maraqlı və cəsarətli fikirlərdən istifadə edirlər. Bu sahəyə bu qədər diqqət ayrılması təəcübli deyil, çünki həm müştərilər, həm investorlar ofisə daxil olanda şirkət barədə ilk təsurrat burda yaranır.

Resepşnın mümkün qədər eksklyuziv olmalıdır, ofisin ümumi dizaynına uyğun gəlməlidir və həm də ofisə gələn bütün ziyarətçilərə etibarlı bir hiss yaratmalıdır.

Lakin tək vizual gözəlliyə diqqət etmək lazım deyil. Resepşn stolunun arxasında çalışan personal üçün resepşn stolu mümkün qədər funksional və rahat olmalıdır. Çünki rahat şərait olarsa ofisə gələn müştərilərə yüksək keyfiyyət göstərilə bilinəcək.

Resepşn stolları sifariş verilən zaman uzun və qisa müddətlik istifadə olunacağına diqqət etmək lazimdır. Müvəqqətilər müxtəlif təqdimatlar, promosyonlar, reklam və digər şirkətlərinizə təqdim etmək istədiyiniz digər tədbirlərin keçirilməsində istifadə olunur. Uzun müddətli olduğu zaman isə ofisin müəyyən bir yerinə etibarlı şəkildə quraşdırılır və hərəkət imkanını olmur.

Resepşn stolu seçərkən ofisin kvadraturasını nəzərə almalıyıq. Kiçik bir ofisdə böyük sistemlər qurmaq və kiçik otaqlarda – miniatür strukturların qurulması əsassızdır. Hər şey mütənasib olmalıdır. Həmçinin rənq seçiminə diqqət edin. Balaca sahələrə açıq tonlardan istifadə etmək mütləkdi. Böyük sahələrdə istənilən rənglərdən istifadə edə bilərsiniz.

SİFARİŞ