Qonaq otağı necə olmalıdır?

Qonaq otağı

Qonaq otağının bir çox müxtəlif funksiyaları var, lakin bir şey şübhəsizdir ki, bütün ailənin əhvalı buranın rahatlığından asılıdır. Qonaq otağında əsas yeri yumşaq mebel dəsti tutur. Bu mebel rahat və otağın ölçüsünə uyğun olmalıdır. Böyük və enli yumşaq mebel böyük otaqlarda yaxşı görünür. Balaca qonaq otağını isə belə mebel daha balaca və dar edə bilər. Otağa xüsusi rahatlığı kamin verir. Əgər əsl kamin qoymağa imkan yoxdursa, onda süni kamindən də istifadə edə bilərsiniz. Müasir elektrik kamin növləri müxtəlifdir, tam təhlükəsizdir, estetik və sadədir. Dekorativ funksiyalardan başqa, onlar qızdırıcı rolunu da oynayırlar. Kamin dərhal diqqəti özünə cəlb edir. O, kompozisiyanın mərkəzinə çevrilir və qalan əşyaları öz ətrafında qruplaşdırır. Bu rolu müasir evlərdə, ev kinoteatrı da oynaya bilər.

Əgər qonaq otağı eyni vaxtda istirahət və yemək otağının funksiyasını yerinə yetirirsə, onda oradakı döşəməni ikisəviyyəli etmək olar, məsələn, podiumda istirahət zonası yerləşə bilər (divan, bir neçə kreslo və jurnal stolu), aşağıda isə – stol, stullar, bufet. Burada – iş kabineti üçün yer ayırmaq olar. İş zonası və istirahət zonası arasındakı divar qismində otağın hündürlüyünün yarısına bərabər kitab stelajlardan istifadə etmək olar. Rəng qammasına xüsusi diqqət yetirilməlidir, yaxşı olardı dəqiq rənglərdən: ağ və qara, təmiz qırmızıdan istifadə etməyəsiniz. Qonaq otağı üçün isti rəngləri: yaşıl, tünd qırmızı, palıd rənginin bütün çalarlarını, sarı və narıncını seçmək məsləhətdi. Qonaq otağında jalüz məsləhət görülmür. Pərdələr isə çox da qalın olmamalıdır. Təbii xalı qonaq otağının koloritinə xüsusi əhəmiyyət verir.

Qonaq otağının optimal işıqlandırılması üçün bir neçə tip çıraqlardan istifadə etmək olar. Günün çox vaxtı keçən yerlərdə tavan, yaxud divar işıqlarından, həmçinin torşer və stolüstü lampalardan istifadə olunur. Divarlardakı rəsmlər, vazalar, keramika fiqurları və s. qonaq otağını daha rahat göstərir. Rəsmləri adam boyundan aşağı yerləşdirmək olmaz, ən maraqlı aksessuarları isə işıqlandırmaq yaxşıdır. Qonaq otağı üçün dekorativ elementləri seçəndə, otağın stilini nəzərə almaq lazımdır. Çalışın interyeri artıq aksessuarlarla doldurmayın, onda otaq muzeyə oxşayar.

 

 

, , , , , , , , , , , , , , , , ,

SİFARİŞ