Oboyu necə seçmək lazımdır?

Otağın kamfortu divar kağızından başlayır. Əksər hallarda isə bu vacib detal unudulur. Nəticədə lazimi dizayn alınmır. Xəyal qırıqlığına uğramayın! Biz sizə bu işdə yardımçı olacayıq.

Divar kağızı seçimində ilk növbədə keyfiyyətə fikir verin! Çünki məhsulun görünüşü qədər qalınlığı və tərkibini bilmək vacibdir. Yalnız keyfiyyətli divar kağızı sizə arzu etdiyiniz kamfortu verə bilər. Ən dayanıqlı divar kağızları vinil olanlardır. Onların 10 il zəmanəti var. Belə divar kağızları əsasən mətbəx və dəhliz üçün daha çox əlverişlidir. Çünki, həm günəşə davamlı olur, həm də rahatlıqla  yuyula bilir.

Divar kağızı seçərkən onun ekoloji təmizliyinə də fikir vermək vacibdir. Əsasən də uşaq otaqları üçün. Körpələrinizin psixoloji rahatlğını təmin etmək istəyirsinizsə əlvan rəngləri, əsasən də sarı və narıncını seçin.

Vinil divar kağızları qədər davamlı olmasalarda kağızdan olan məhsullar hava keçirmə qabiliyyətinə malikdir.  Yararlılıq müddəti isə 5 ildir.

Ümumiyyətlə yaxşı olar ki,  hər otaq üçün ona uyğun divar kağızı  seçilsin. Otaqlar və rəngləri təsadüfi seçmək olmaz. Məsələn yataq otağını rahatlamaq və istirahət etmək istəyini, mətbəx yeməyin hazırlandığı yeri, qonaq otağı isə ümumiyyətlə bütün ailənin və yaxın dostların bir araya gəldiyi zamanları təmsil edər. Qısacası hər otağının ya da sahənin bir funksiyası var və bu məkanlar üçün seçəcəyiniz rəngin də bu funksiyaya uyğun gəlməsi lazımdır.

Açıq rənglər otağın işıqlı olmasını təmin edir. Tünd rənglər  isə daha çox ağ mebel yığılmış otaqlarda effektlidir.

SİFARİŞ