Neoklassika

Neoklassik üslub interyerdə bütün incəlikləri ilə tərənnüm olunan ideal estetikadır. Neoklasik üslüb klassik üslubun sadə versiyasidir. Bu üslübun adətən qum, mirvari, süd, solğun çəhrayı, boz, bej və digər sakit rənq çalarlarından istifadə olunur. Əlvan rənqlər bu üslubdan uzaqdılar. Lakin bəzən firuzəyi rənq neoklassik üslubda işlənilən interyeri tamamlayir.

Bu üslübda ineryer-dizayn etmək üçün divarların hündür olması şərtdir. Mebel yerləşimində klassik üslubdaki kimi buradada simmetriyaya diqqet olunur. Neoklassik uslubda istifadə olunan mebellərdə bu qaydalara uygun olmalıdırlar. Dizaynerlər neklassik dizayn yaradanda sadə həndəsə fiqurlarindan, lampalardan, bralardan və dekorlardan istifadə edirlər. Buda dizaynın tamamlanmasina kömək olur. Neoklassikada da klassikadaki kimi divar və tavanda lepka işləmələrinə böyük yer ayrılır. Lakin onları fərqləndirən neklassik üslubda lepkalarin qızılı rənqə boyanmamasıdır.

SİFARİŞ