Mərmər

Təmir və tikinti sahəsində ən çox istifadə edilən materiallardan biri mərmərdir. Dağ suxurlarının emal edilməsi yolu ilə alınır. Üzərindəki fərqli teksturalar ona xüsusi görkəm verir. Müxtəlif rənglərdə mövcud olması seçim imkanlarını artırır. Cilalandıqdan sonra parlaqlıq qazanır. Möhkəmdir. İstər interyerdə istərsə də eksteryerdə geniş istifadə edilir. Həm xarici həm də daxili inşaat  və təmir işlərində öz təbiiliyini itirmir. İnteryerdə adətən döşəmələrdə, sütunlarda,  pilləkənlərin dizayn edilməsində, pəncərələrin oturacaq hissəsində istifadə edilir.  Mətbəx mebellərində, #dekor elementi kimi, həmçinin ev aksesuarlarında mərmər tətbiq edilir. Çox gözəl üzlük material olan #mərmər döşəmələrə qum və sement qarışımı olan məhlul ilə montaj edilir. Müasir dövrdə yüksək inkişaf etmiş texnologiyalar sayəsində dünya inşaat sektorunda təbii mərmərlə yanaşı süni mərmər də istehsal edilir. Süni mərmərlər istənilən rəngdə, teksturada və ölçüdə ola bilər. Mətbəx mebellərinin yığılması zamanı həm təbii həm də süni mərmərdən istifadə olunur.  Mətbəxdə görüləcək işlərin çox olduğunu nəzərə alsaq iş sahəsi daha davamlı və rahat təmizlənən materialdan seçilməlidir. Həm antibakterial həm də dözümlü materialdan olan  təbii mərmər mətbəxləriniz üçün ideal sayılır. Lakin təbii mərmər  canlı materal olduğu üçün ləkələnməyə qarşı çox həssas olur. Bunun üçün də təmizlik qaydalarına daha diqqətlə riaət etmək lazımdır. Mətbəxdə mərmər materialdan döşəmə kimi də istifadə edilir. Adətən mebellərin quraşdırıldığı sahələr mərmərlərlə üzlənir. İsti pol sistemi çəkildikdən sonra montaj edilir. Mərmər materialdan vanna otaqlarınızda da istifadə edə bilərsiniz. Göz oxşayan və gigiyenik vanna otağına sahib olmaq istəyirsinizsə seçiminiz məhz mərmər olmalıdır.Texniki işlər görüldükdən və izolyasiya prosesi tətbiq edildikdən sonra mərmər materialı döşənir. Son dövrlər təmir zamanı  müxtəlif şirkətlər tərəfindən istehsal olunan yüngül materialdan olan süni mərmərlərə daha çox üstünlük verilir. Çunki bu material daha ucuz basa gəlir, həm də daha praktikdir. Montaj edilməsi, təmizlənməsi  rahat və əziyyətsizdir. İnteryerlərdə mərmər evlərin giriş hissələrində daha çox tətbiq edilir. Evin dizayn üslubuna  uyğun olaraq mərmərlər uzərində müxtəlif işləmələr də tətbiq etmək mümkündür. Mərmərlərdən adətən klassik üslublu dizayn işlərində istifadə edilir. Mərmər material ictimai binaların interyerlərinin işlənməsində də geniş istifadə edilir. Möhkəmliyi, dözümlülüyü və uzunömürlü olmasına görə bu cür məkanlarda istifadəsi daha məqsədə uyğundur. Qonaq otağlarında da mərmər materialdan istifadə etmək olar. Hər hansı bir dekor elementi kimi, məsələn, sütunların və ya pilləkənlərin işlənməsi zamanı mərmərdən istifadə edilir.  Mərmərdən aksesuar elementlərində də istifadə edilir. Bu işin gözəl həyata keçirilməsi dizaynerdən xüsusi zövq tələb edir. Mərmərin bu cür tətbiqi son illərin ən öndə gedən dəblərindəndir. Eksteryerdə mərmər fasadların üzlənməsində, çöl pilləkənlərin bəzədilməsində tətbiq edilir. Parkların, körpülərin dizayn edilməsində mərmər ən ideal material ola bilər. Bir qədər bahalı və nadir material olduğu üçün mərmərin tətbiqi zamanı daha diqqətli olmaq lazımdır. Təbii ki işinizi professionallara həvalə edirsinizsə heç bir narahatlığa əsas qalmır. Bizim şirkət sizə geniş və münasib seçim imkanları ilə eksteryerlərinizdə və interyerlərinizdə  mərmər materialların tətbiqini təklif edir. Peşəkar ustalarımız və zövqlü dizaynerlərimiz sizə rahatlıq və gözəllik bəxş etməyə hər zaman hazırdırlar. Əgər siz də gözəl və rahat məkan arzusundasınızsa bizə müraciət edin.

SİFARİŞ