Memarlıq və Dizayn

Memarlıq

Memarlıq «architecton» – yunan sözüdür, mənası – yüksək usta memar deməkdir. Memarlıq – inşaat incəsənətidir. Gözəllik qanunu əsasında gerçəkliyi formalaşan yaradıcılıq növüdür. İnsan cəmiyyətinin inkişaf tarixi dünya sivilizasiyasının bütün mərhələlərində memarlıq abidələrində əks olunurdu. Memarlıq insanların istirahəti və fəaliyyəti üçün tələb olunan məkan mühitini əmələ gətirən bina və qurğulardır. Memarlıq sənəti isə bina, körpü, qəsr və digər tikililərin etibarlılıq və gözəllik qanunlarına uyğun olaraq yaradılması sənətidir. Tarix boyu xalq memarlığı inkişaf etmişdir. Hər bir xalqın və dövlətin onun yaşam tərzini və ənənələrini əks etdirən memarlıq tarixi vardır. Mənsub olduğu xalqın həyat tərzini və estetik görüşlərini əks etdirən xalq memarlığı monumental memarlıq üçün tükənməz yaradıcılıq mənbəyi olub. Hər tikili konkret təyinata malikdir və buna görə də onun zahiri görünüşü insanların həyat tərzini büruzə verir. Memarların cəsarətli ideya və təşəbbüsləri qədim dövrdə materialların müxtəlifliyi və ideyaların parlaqlığı ilə seçilən qədim roman üslubu və ya zidd barokko üslublarını, renessans, müasir dövrdə isə modern və hay-tek high-tech kimi üslubların yaranmasına gətirib çıxartdı. Müasir dövrdə şəhərlərin və ya ölkənin xüsusi simvolları sayılan qədim evlər, abidələr, qəsrlər və saraylar heç vaxt öz cazibədarlığını itirmir.

Dizayn

Dizayn (ing. design mühəndis – konstruktor, lat. designare ülçmək) — sənaye məhsullarının formasını müəyyənləşdirmək üçün edilən yaradıcı fəaliyyət. Bura həm xarici görünüş, həm struktur və funksional cizgilərini müəyyənləşdirmək vəzifələri aiddir. Dizayn ingiliscə lahiələşdirmə, çəkkmək deməkdir. Əşyaların lahiələşdirilməsi insanın əmək, məişət və istirahet şəraitini əlverişliyini nəzərə almaqlaonlarınestetik cəhətdən harmonikliyinitəmin edən fəaliyyət sahəsidir. Dizayn insanı əhatə edən aləmi daha gözəgəlimli və səmərəli etməyə çalışır. Bu vəzifələri yerinə yetirən insanlar dizaynerdən əlavə memar, layihəçi, illüstrator və s. adlandırırlar.

 

, , , , , , , , , , , , , , , , ,

SİFARİŞ