Mebelin rəngin necə seçək?

İndiki zamanədə mebel seçimlərinə çox olmasına baxmayaraq, tez-tez olur ki, sizin zövg və ehtiyaclarınıza uyğun modellər tapmaq hələ də çətindir. Ya ölçüləri uyğun gəlmir və ya rəng ürəyinizcə deyil və s. Bu vəziyyətdən ən yaxşı çıxış yolu mebeli sifariş etməkdir. Birincisi, bu halda otağın xüsusiyyətləri və ölçüləri nəzərə alınacaq ikincisi, orijinal mebelinizi bütün arzularınıza uyğun olaraq əldə edəcəksiniz. Xüsusi olaraq sizin üçün hazırlanmış mebel evinizdə təkrarolunmaz bir gözəllik yaratmaq fürsətidir.

Deməli əgər gərar verdizsəki mənzilinizə mebelləri sifariş edəcəksiniz sual yaranır ki “Nədən başlamaq lazımdır?” Mebel istehsalı ilə bağlı bir çox məlumatları əldə etməlisiniz. Bu məqalə sizə rəng seçimi etməkdə və bu sahənin bir çox incəlikləri barədə məlumat əldə etməyə köməklik edəcək.

Mebel uzun ömürlü olmalıdır. Mebelin uzun ömürlü olmasına təsir edən əsas amillərdən biri materialı və üzlüyüdür. Bu baxımdan DSP pis variant sayılmır. Onun istifadəsi  tehnolojı cəhətdən əsaslandırılmışdır: üst qat üçün hamar səth yaratmağa imkan verir, asanlıqla biçilir, təbii materiallar daha asanlıqla kəsilir. MDF-dən olan mebellər istifadədə yararlıdır, nəmliyə az meyillidir. Şpondan hazırlanan mebel çox kaprizlidir və özünə ehtiyyatlı rəftar tələb edir. əgər evdə uşaqlar varsa məsləhət görülmür. Daha münasib qiymətə üst qatı laminat ilə örtülmüş mebel seçə bilərsiniz. Onun üzərinə istədiyiniz rəngi, həmçinin təbii ağacı təqlid edən şəkillər vura bilərsiniz. Yegənə qüsuru odur ki, nazik olacaq. Belə nazik üzlük tez silinir, cızılır, yüksək temperatura davam gətirmir.

İndi isə keçək rəng seçiminə.  İlk növbədə, mebelin hansı sahədə yerləşdiyinə diqqət etmək lazımdır. Əgər otagın sahəsi böyükdürsə orada tünd rəngdə mebellərdən istifadə edərək, balaca sahəli otaqlarda isə başqa rənglərə üstünlük verməklə gözəl nəticə əldə etmək olar. Parlaq rəng ilə, siz vizual genişlik yarada bilərsiniz. Sahənin böyük ya balaca olmasına baxmayaraq sevdiyiniz əlvan rəngdən azda olsa istifadə etsəniz ürəkaçan  aura yaratmış olacaqsınız.

Mebel üçün rəng seçilmində, evinizdə otaqların işıqlandırılma dərəcəsini nəzərə al. Soyuq çalarlar açıq tonda otaqlar üçün idealdır. Günəş işığından məhrum olan qaranlıq otaqlar, əksinə, mebel isti tonları vermək daha yaxşıdır. Mebel üçün isti rəng çalarları otaqda şən bir atmosfer yaradır, qaranlıq isə cəlbedici və füsünkar bir görünüş yaradır.

Məqalənin gedişində gördüyünüz kimi, xüsusi hazırlanmış mebel təkcə öz dizaynınız olduğu üçün deyil, həm də evin ölçülərinə uyğun gəldiyi üçün gözəl görünəçək. Verdiyimiz məsləhətləri tətbiq edin və mütləq razı qalacaqsınız.

SİFARİŞ