Maraqlı dizayn fikirləri

Yeni ilə yeni evlə keçmək üçün heçdə bütün mənzili yenidən dizayn təmir etməyə ehtiyac yoxdur. Sadə dekorasiya hiylələrindən və xırda dəyişikliklərdən istifadə edərək maraqlı və yeni mühit yaratmaq çox da çətin deyil. Divar kağızların dəyişmək ilə, kohnə mebeli yeni dəbə uyğun boyamaq ilə, ən azından evin dizaynına yeni çərcivədə şəkillər əlavə etmək ilə yaratmaq olar. Dekorasiya edərkən gözəllik, üslub, dəb və keyfiyyət kimi detalların üzərində o qədər düşünülür ki, dizaynın funksional olub-olmadığını nəzərdən yayınır. Gözdən qaçan bu kiçik detallar dizaynı ehtiyaclarımızı qarşılayacaq ən əhəmiyyətli xüsusiyyətlərdən məhrum edə bilər. Dizaynda funksionallığa nə qədər çox yer ayırsanız o qədər yaxşıdır. Mebelləri seçərkən məsələn sadəcə otağda gözəl görünüş yaratmaq üçün deyil eləcədə bir neçə funksiyanı yerinə yetirəni seçin.

Aşağıda təkdim etdiyimiz şəkillərdən mənziliniz üçün fikirlər tapa bilərsiniz:

Əgər mənziliniz iki və daha artıq mərtəbəlidirsə pilləkan altını kitab rəfi kimi istifadə etmək olar. Bunun ilə siz həm maraqlı görünüş alacaqsınız, həmdə o balaca sahəni lazımı istifadə etmiş olacaqsınız. Bundan əlavə oranı daha səmərəli istifadə edərək yataq mebeli yerləşdirmək olar. Tənbəllik edib ikinci mərtəbəyə qalxmadan aşagıdada dincəlmək mümkündür. Maraqlı bir idea olaraq siz pilləkənin altını dolab edə bilərsiniz. Burada istənilən əşyalarınızı saxlaya bilərsiniz. Əgər pilləkən çöl qiriş qapisina yaxındırsa siz onu üst geyimləri və ayaqqabı dolabı kimidə istifadə edə bilərsiniz.

Ailədə iki uşaq bir otaq varsa siz onu vizual arakesmə ilə iki otağa çevirə bilərsiniz. Uşaqların sevdiyi rənglərdən istifadə edərək otağı iki hissəyə ayırıb onlara gözəl bir məkan yaratmaq olar. Uşaq otaqları üçün növbəti hiylə mebel seçimində ola bilər. Otağı böyük dolablar ilə doldurmayasınız deyə Zaferoglu Mebeldən kravat-dolab, və yaxud kravat-divan olan mebellər qoya bilərsiniz. Həmçinin daha funksional mebeldən isifadə edə bilərsiniz. Həm kravat həm divan həmdə yazı masası. Növbəti mebel həm yataq həm dolab. Və sonda həm dolab həm yataq həmdə dərs çalışma masası.

 

SİFARİŞ