Mansardı olan evlərə məsləhət

17-ci əsrin ortalarında, gənc fransız memarı Fransua Mansarunun aglına maraqlı bir fikir gəlir. Fikir bu məkanı yaşayış məqsədləri üçün istifadə etmək, onu interyer sahəsi kimi hesab edərək dizayn etmək idir. Fikir çox bəyənildi və çardağa – “mansard” adı verildi. Onuda qeyd etmək lazımdırki, o zamanlarda mansardı qulluqçular üçün otaq kimi istifadə edirdilər.

Müasir dövrdə əgər sizin mənziliniz varsa və bu mənzilin hələ mansardıda varsa sizi şanslı hesab etmək olar. Mansardı köhnə lazımsız əşyaları saxladığınız bir məkan kimi istifadə etməyin. Bu elə bir məkandırki siz onu istənilən üslubda istənilən otaq etmək olar. Məsələn: yataq otağı, uşaq otağı, oyun otağı, rahat oturma sahəsi, kitabxana, atelye, iş yeri, idman zalı, bilyard otağı, vanna otağı – düşündüyünüz hər bir otağı ora yığmaq olar. Mansardın tam uyğun bir otağa çevrilməsini təmin etmək üçün onu çoxlu işıq ilə doldurmaq lazımdır, bu pəncərələrin köməyi ilə asanlaşdırıla bilər. Mansard otağında xüsusi pəncərələrdən istifadə edilir.

Aşağıda sizə təqdim etdiyimiz mansard otağı istirahət güşəsi kimi nəzərdə tutularaq dizayn olunub. Burada mənzilin sahibi istirahət edib, yaxınları ilə xoş vaxt keçirə bilər.

 

SİFARİŞ