Landşaft dizaynının xüsusiyyətləri

Əgər torpaq sahəsi alıb orada ev tikməyə qərar vermisinizsə, o zaman evin kənarındakı ərazini unutmayın. Ərazini düzgün tərtib etsəniz həyətə gözəl görünüş verə bilərsiniz. Bu yazıda, mənzərə yaradaraq landşaft dizaynını necə yaradılacağını öyrənəcəksiniz. Əksər insanlar şəhər evlərində köhnəlmiş, istifadə olunmayan əşyalarının hamısını gətirib bag evlərinə yığırlar. Bununla həm həyətdə həmdə mənzilin içində çox sayda lazımsız əşyalar olur. Bu düzgün deyil, çünki burada gözəl bir məkan yarada bilərsiniz və ailənizlə birlikdə xoş istirahətlər edə bilərsiniz.

İlk növbədə, torpaq sahəsinin ümümi planı ilə tanış olmaq lazımdır. Bu plana əsasən, ərazidə nəyin harada yerləşməyini təyin etmək lazımdır. Dekorativ bitkilərin, ağac və çiçəklərin, hovuzun, qazonun, besedka və s. Hər şeyi dəqiq və düzgün şəkildə ölçüb plana yerləşdirmək lazımdır.

Planirovka edəndən sonra torpağın altında qalan komunikasiya sistemlərinin çəkmək lazımdı.Bunlar müxtəlif drenaj sistemləri, borular və çənlər və s. Əgər gölməçə düşünürsünüzsə, o zaman bir çuxurda qazılmalıdır.. Unutmayın ki, hər şey aydın şəkildə planlaşdırılmalı və peşəkar işçilər tərəfindən edilməlidir, çünki onlar lazım olan bütün işləri tez və dəqiq həyata keçirirlər.

Bütün kommunikasiyalar qoyulduqda sonra ekimə başlamaq lazımdır. Torpaq sahəsini yaşıllaşdırmaq üçün bir çox variantlar var, artıq burada siz ərazinizə və zövgünüzə uyğun olanı seçməlisiniz. Həyətinizi necə görmek isteyeceyinize qərar verməlisiniz. Bura tək qazonla, gül- çiçəklərlə və ya daşlar və kiçik bağçalarla bəzədilə bilər.

Belə halda sizə landşaf memarı kömək edə bilər. O öz bilik və bacarıqlarını istifadə edərək, yeraltı suyun yerini, torpağın keyfiyyətini və tipini, suyun drenajının olduğu yerin agaçlara nə qədər yaxın olmasını düzgün müəyyənləşdirilməsinə kömək edəcək. Lakin unutmayın ki, ilk növbədə ağaclar əkilir, sonra kollar, daha sonra çiçəklər və ən axırda qazon salınır. Həyət yanı sahəni yaşıllaşdırandada diqqətli olun çox yaşıllıqda bəzən sıxıcı görünür.

Gözəl görünüş yaradanda əsas komponetlərdən biri evdir. Ev bütün landşaft dizaynının mərkəzidir. Evin ətrafında müxtəlif skamyalar, besetkalar, çiçək dibçəkləri istifadə edərək rahat atmosfer yaratmaq olar. Lanşaf dizaynı zamanı həm yaşıllıq həm ev həmdə istirahət güşələri bir-birin tamamlayaraq gözəl bir kompozisiya yaratmalıdırlar. Bu işin professionalları var buda dizaynerlərdi. İşi onlara həvalə etsəniz dincəlməiniz üçün daha gözəl məkan əldə edərsiniz.

SİFARİŞ