Klassisizm

Klassisizm. Klassisizm XVII əsr və XVIII-XIX əsrin Avropa üslubudur. Sarayların antik atributlarla ərsəyə gəlməsi üçün nəzərdə tutulmuşdur. Klassisizm – latıncadan tərcümədə classicus – nümunəvi, norma, nizamlı deməkdir. Üslub sakit, mühafizəkar və yüksək sosial statuslu insanların üslubudur. Hissələrdə nəcib tonlardan istifadə olunur, tərkibi balanslanır və dekora yüklənilmir. Klassisizm üslubunun interyerində funksional zonalarda boşluqları görmək mümkündür. Mühiti əhatə edən ciddi simmetriya daha çox göz önünə buraxılır. Gözə çarpan aksesuarlardan çox istifadə edilmir. Azadlıq hissi – üslubun mühüm nüansıdır, ona görə də 3 m – dən aşağı daxili tavana nadir hallarda rast gəlinir. Klassisizm üslubunun əsas atributları – arkalı sütunlar, kamin, antik üslubunda qəliblər, nadir divar rəsmləri, keyfiyyətli materiallardan pərdələr, zəngin kütləvi, həmçinin şamlar şəklində qızıl suyuna salınmış plafon və çılçıraqlardan istifadə olunur, gül çələngləri, divarda naxışlar və sairə . Ənənəvi olaraq otaqlarda vizual görüntünü genişləndirən bürünc naxışlarla çərçivələnmiş güzgülər qurulur. Mebellər təbii ağacdan əl ilə hazırlanır; qızıl suyu, bahalı daş qaşla və naxışla bəzəndiyinə görə əsl incəsənət əsəri yaradılmış olur. İnteryerdəki mebel uzun müddətə alınır və adətən irsi olaraq ötürülür. Baxmayaraq ki, üslubun hazırlanmasında zənginliyə üstünlük verilir, Klassisizm üslubunda açıq – aydın düz xəttlərə rast gəlmək olur. Onlar sadə ama ciddi görünür. Divarlarda teksturalı divar kağızlarından və dekorativ suvaqdan istifadə olunur. Önəmli materiallar dekorativ daşlar, metallar və ipəkdir. Döşəmədə də dəyərli materiallardan istifadə olunur. Qapı, pəncərə çərçivələrinin möhkəmliyinə diqqət yetirilir. Mütləqdir ki, üslubun prestijliyinə ayaq uydursun. Üslubun rəng çalarları ağ mebel və divarların rəngi ilə həmahəng olan qızılı və pastel tonlardır. Beyini yorğunluqdan azad etmək üçün bu rənglərdən daha geniş ərazilərdə istifadə olunur. Ümumiyyətlə Klassisizm üslubu dincəlmək üçün rahat atmosfer yaradır.

SİFARİŞ