İnteryerdə minimalizm

Təmir etdirməyə qərar vermisinizsə interyer-dizaynın hansı üslübda olmasını seçməlisiniz. Evin üslub seçimi çox vacibdir, çünkü sizin üçün həm rahat həmdə komfortlu olmalıdır. Minimalızm üslubu seçməyi düşünürsünüzsə bu məlumat sizə faydalı ola bilər.

Minimalism (lap sözündən minimus – ən az deməkdir) – elə bir dizayn üslübudu ki, özündə sadəliyi, dəqiqliyi əks etdirir. Minimalizm üslubu klassikanı və ənənəvi bədii yaradıcılıqı rədd edərək, sənaye və təbii materiallardan, həndəsi formalardan və neytral rənglərdən (qara, boz) istifadə edir. Bu üslübun kökündə funksionallıq və konstruktivizm durur. Bu cür dizayn evə əmin-amanlıq, sülh və rahatçılıq gətirir. Düşünmək üçün əla yer ola bilər. Xüsusi ilə yoga ilə məşqul olanlar üçün uyğundur. Daha çox geniş evlərdə minimalizm istifadə etmək məsləhətlidir. Evdə böyük, demək olarki bütün divarı tutan pəncərələrdən istifadə olunmaq ilə, sankı divarların olmamasini yaratmaq bu üsluba xasdir. Adından bilindiyi kimi də evdə minimum eşya və mebeldən istifadə olunur. Rəng çeminində də minimallığı qorumaq lazimdır. Üçdən artıq rənq istifadə olunmamalıdır.

 

Minimalizm üslubuna daxil əsas xüsusiyyətlər:

-Genişlik: az sayda mebel və aksesuarlar.

-Təbii və süni işıqlandırma.

-Rənq seçimi açıq tonlarda olmalıdı, ag rəngdən çox istifadə olunmalı, boz qara rənglər isə müəyyən vurguları etmək üçün lazım olur.

-Təbii materiallardan istifadə olunmalı : kərpic, beton, taxta və ya gips.

-Sadə formalar və xətlər, pəncərədə və divarlarda faktiki olaraq heç bir dekorasiyadan istifadə olunmamalı.

-Həndəsə fiqurlarından istifadə : dairə, düzbucaq, düz xətt, bir incə curve ola bilər.

– Hündür pəncərələr

 

Bir evi və yaxud otagı minimalizm üslübünda dizayn və təmir elətdirsez komforluq, azadlıq və rahatlıq hissi içində yaşayacaqsınız.

 

SİFARİŞ