Interyerdə güzgü

Güzgülərin tarixi çox qədimlərə gedib çıxır. İlk güzgüləri hələ qədim Şumerlər, Hindlilər və Misirlilər düzəldiblər. Əvvəllər güzgünü bürüncdən və gümüşdən düzəldirdilər. İlk şüşə güzgülər isə XII əsrdə Murano adasında yaşayan Venesiya ustaları tərəfindən düzəldilib. İlk güzgülərin düzəlməsi sirrini Venesiyalılar düz 200 il gizli saxlayıblar. Həmin vaxtlar güzgünün düzəldilməsi də çox baha başa gəlirdi.

2017ci ildə güzgülərin interyer dizaynda tutduqları yer boyukdu. Sadə güzgülərin komeyi ilə dizaynerlər otaqlarda fərqlilik yarada bilirlər.

Güzgünü mənzilinizdə neçə istifadə edə bilərsiniz?

1) Kiçik məkanlar üçün seçilən güzgülər məkanı daha geniş göstərmək üçündür. Bir növ kiçik bir dizayn hiyləsidir bu.

2) Geniş pəncərəli otaqda güzgü istifadə etmək istəyirsinizsə, güzgünü pəncərənin qarşısına yerləşdirin. Bu zaman otaq daha işiqlı və parlaq olacaq.

3) Fərqli bir seçim isə güzgülərin tavanda istifadə olunmasıdır. Bu tavanın daha hündür görünməsi üçün düzgün seçimdir.

4) Qotaq otağının dizaynında güzgülərdən xüsusilə istifadə etməlisiniz. Çünki qonaq otağında istifadə olunan güzgülər məkana daha zəngin görünüş qatacaqsınız.

Güzgüləri haradan asmaq daha məsləhətlidir?

Evin ən geniş otağı olan salonda çox zaman işıqlanma az olur. Pəncərə qarşısındakı divara asılacaq bir güzgü ilə otaqdakı işığı iki qat artıra bilərsiniz. Evin künc hissələrini tamamilə güzgü edərək, kiçik işıltılar yarada bilərsinzi. Yataq otağında güzgünün qoyulacağı yerə xüsusi diqqət edilməlidi. Başdan-başa güzgülər və ya birdən çox çərçivəsiz güzgü otağa zənginlik qatır. Güzgü asılacaq uyğun bir divar yoxdursa, paltar dolablarının qapaqlarını tamamilə güzgü edə bilərsiniz. Uşaq otaqlarına güzgü seçərkən əyləncəli və dekorativ olmasıyla bərabər, plastik çərçivəli və kənarları sərt olmayan modelləri seçməlisiniz. Dəhlizlərdə yan-yana yerləşdirilən bir grup güzgü dəhlizin dar və qaranlıq görünməsinin qarşısını alacaq. Evin girişində istifadə olunan güzgülər içəri daxil olan işığı əks etdirərək məkanı aydınlaşdırır. Dar və qaranlıq olan girişləri daha parlaq göstərir. Şübhəsiz güzgülərin ən vazkeçilməz olduğu yer, hamam otağıdı. Burada divarın bir hissəsini tamamilə güzgü ilə örtəcəksiniz. Dar və qaranlıq bir ab-havanı həm böyüdəcək həm də məkanda olan işıqları əks etdirərək daha işıqlı görüntü yaradacaq.

Hansı modeldə güzgülər olur?

Sticker güzgülər son bir neçə ildir ki, dizaynerlər tərəfindən daha çox istifadə edilməyə başlayıb. Bu güzgülər yataq, qonaq otaqları və mətbəx üçün gözəl, həm də modern tərzə sahibdir. Müxtəlif çeşiddə olan bu güzgülərin qiyməti də çox münasibdir. Klassik, vintage, retro və country kimi interyer dizaynında üstünlük verilən təbii görünüşlü taxta güzgülər gözəl və xüsusi aksessuar modelləri olaraq tərcih edilir. Taxta dizaynlar yaşayış məkalarında isti və səmimi təsir yaradır. Göstərişli interyer dizaynında üstünlük verilərn zərli güzgü modelləri əvəzolunmazdır, xüsusilə qonaq və yataq otaqlarının dizaynında istifadə edilməklə məkana eleqantlıq qataraq dizaynı daha da keyfiyyətli edir. Zərli güzgülər rənginə görə iki yerə ayrılır: qızılı və gümüşü zərli güzgülər. Evinizin dizaynınln daha da diqqətçəkən və göstərişli olmasını istəyirsinizsə, o zaman zərli güzgülərə üstünlük verin.

SİFARİŞ