Interyer və Bürclər

Bürclərə görə evlər hansı interyerdə olmalıdır? Hansı bürc hansı stili bəyənir? Hansı rəng hansı bürcə daha uygundur?

 

QOÇ

 

Qoç – güclü, enerjili və şən xarakterdə olan insanlardır. Bu bürcün nümayəndələri evlərində dəyişik etməyi sevənlərdilər. Rəng baxımından qoçlar yaşadığı evin divarlarında açıq-solğun rənglərə üstünlük verirlər. Açıq sarı, açıq narıncı, mavi daha uyğundur. Evdə tez-tez dəyişikliyi sevən qoçlar yaxşı olarki nisbətən yüngül mebellər sifariş eləsinlər. Bu onların hər dəfə yer dəyişimi edəndə əziyyət çəkilməmələri üçün vacibdir. Qoçlar, stil baxımından avanqard üslubunu daha çox bəyənirlər. Divarları avanqard üslubda olan şəkillər, lampalar ilə bəzəmək olar. Mebel seçiminə gəldikdə  alçaq stol, müxtəlif şüşə aksesuarlardan istifadə etmək olar

BUĞA

 

Bu bürcün nümayəndələri inadçı və çalışqan insanlardı. Ev onlar üçün çox vacibdir. Hərəkətli bir insan olduqlarından evin komfortlu və rahat olmağını vacib bilirlər. Evin interyerində bugalarda hər şey son dəbə uyğun seçirlər, bu baxımdan çox vaxt onların evi jurnallardakı tanınmış ulduzların evlərinə bənzəyir. Qeyriadiliyi sevən bu bürcün nümayəndələri bütün rənqlərin bir birinə uygun olmasını diqqətdə saxlayırlar.  Yaşıl, sarı və boz rəngə üstünlük verirlər. Stil baxımından bugalara daha çox uyğun avanqard üslubdur.

ƏKİZLƏR

 

Əkizlər ikili fikrə malik olan insanlardırlar. Belə ki, onlar lazımi məqamda qərar çıxarmaqda çətinlik çəkirlər. Bəzən hətta son ana qədər baş verən məsələyə münasibət bildirməkdən də çəkinirlər. Evin interyerində də bu kimi hallar yaşanır. Buna görə də evdə iki və daha çox stillərin qarışığından istifadə edirlər. Ən çox seçdiyi üslub modern üslubudur. Evdə artıq mebelin olmasını heç sevmirlər. Açıq tonda olan rənqlər əkizlərə uygundur.

XƏRÇƏNG

 

Bu bürcün nümayəndələri ünsiyyətçil və romantik insanlardır. Evdə özlərinə məxsus bir güşənin olmağın çox sevinlər. Xərçənglər qədimiliyi bəyənib üstünlük verirlər. Ailələrinə aid olan, tarixi günləri əks etdirən əşyalar və şəkilləri ilə evi bəzəməyi çox sevirlər. Rəng seçiminə gəldikdə isə qəhvəyi, sarı və yaşıl rənglərin qarışığını bəyənirlər. Bu rənglər xərçəng bürcünün nümayəndələrinə həm çox yaraşır, həm də onları sakitləşdirir.

ŞİR

 

Şirlər çox şöhrətpərəstdirlər. Onlar evində ən bahalı və gözəl aksesuarlardan, mebellərdən istifadə edirlər. Evə gələn qonaqları təəcübləndirmək onlar üçün çox önəmlidir. Əgər maitdi baxımları buna imkan vermirsə onlar mütlək şəkildə evə qeyri-adi, heç yerdə olmayan aksesuarlar qoyurlar. Mebellər rahat olmasa belə dəbdəbəli və gözoxşayan olmalıdırlar. Stil baxımından barokko şirlərə uygundur. Ağ və qızılı rəngi sevirlər.

QIZ

 

Dəqiqliyi və qayda-qanunu sevən bu bürcün nümayəndələri əvlərinin interyerində də hər şeyin təmiz və komfortlu olmagına diqqət ayırırlar. Bu bürcdən olan insanlar səs-küyü yox sakit məkanlara üstünlük verdiklərindən ev onlar üçün ideal məkandır. Rəng secimində açıq rənglərə üstünlük verilir. Stilə gəldikdə modern üslübu bəyənirlər. Evdə güllərə və bitkilərə çox yer ayırırlar.

TƏRƏZİ

 

Tərəzi bürcündə olan insanlar sakit interyerə üstünlük verirlər. Evdə çox vaxt köhnəlmiş əşyalar yer alır. Bununda səbəbi heçnəyi atmağı sevmirlər nə vaxtsa lazım olar deyə. Tərəzilər klassik üsluba daha çox üstünlük verirlər. Evlərində böyük güzgülər, mazayka qapıların olmağını beyənirlər. Dizaynda aksesuarlardan, güzgülərdən istifadə edən tərəzilər mebellərə bir o qədər önəm vermirlər. Rəng baxımından goy, boz, yaşıl tonda olan rənglərə üstünlük verirlər.

ƏQRƏB

 

Güclü və hökümlü insanlardırlar. Bu bürcə görə ideal ev bag evləri və yaxud böyük həyət evləridir. Əqrəblər öz evinin interyerində ən xirda detallara belə fikir verirlər. Sonuncda elə bir nəticə alınır ki, ona baxmağa dəyər. Stil baxımından klassik və avanqad üslubu onlara uygundur. Əqrəblərin sevdiyi rənq hakimiyyət və etiras rəngi olan qırmızıdır.

OXATAN

Hər zaman dəyişməyi və öz üzərində çalışmağı sevən bu tələbkar bürcün nümayəndələri ev interyerindədə bu cürdülər. Stil baxımından oxatanlar loft və modern üslubunu sevirlər. Evdə yerləşən bütün mebellər komfortlu və funksional olmalıdır. Rəng seçimində qəhvəyi, boz və bəzən narıncıya üstünlük verirlər.

OĞLAQ

Bu bürcün nümayəndələri evə bağlı insanlardı. Rahatlığı temin edəcək hər nə varsa oğlaqların evində tapmaq olar. Yumuşaq mebellər çox rahat, yerdə sərilən xalça yumuşaq olmağı vacibdir. Oğlaqlar istər geyimdə, istər dizayn üslubunda, istərsə də həyat tərzində klassikaya üstünlük verirlər. Bu bürc üçün mebeller açıq, divarlar isə nisbətən tünd rəngdə olmağı məsləhətdir.

DOLÇA

Balaca və tünd evləri sevməyən bu bürc nümayəndələri öz evlərinin geniş və işiqlı olmasına çox fikir verirlər. Stil baxımından avanqard üslubda evlərə üstünlük verirlər. İnteryerlərində hər zman maraqlı nəsə görmək olar. Məsələn bir stol ətrafində müxtəlif stildə olan rəngli stullar. Rəng seçimində bütün əlvan rəngləri sevirlər. Tünd və solğun rənglərdə evdə hecnə tapmaq olmur.

BALIQLAR

 Təbiətcə sakit olan balıqlar ev dizaynında sakit açıq rəqlərə üstünlük verirlər. Stil baxımından bu ya skandinaviya və ya modern üslübu ola bilər. Bəzən balıqların mənzili muzeyə bənzəyir. Evdə suvenirlərə çox yer ayrılır. Rəng seçimimndə ağ, berj, çəhrayı rənglərə üstünlük verilir.

SİFARİŞ