Hay-tek

Hay-tek üslubu XX əsrin 70-80 illərində Norman Foster tərəfindən arxitekturaya daxil edilib. Hay-tek üslubunda dəmir-beton, metal, şüşə, plastik kimi materillardan istifadə etməklə spesifik gözəlliklər yaratmaq olur. Hay-teki digər üslublardan fəqrləndirən cəhəti məkanda mənzil rahatlığı yaradan elementlərdən- təbii materiallardan demək olar ki, istifadə edilməməsidir. Ona görə də bu üslubu əsasən geniş ərazisi olan məkanlarda estetik gözəllik yaratmaq üçün istifadə edirlər. Başqa sözlə desək, bu üslub ilk dövrlər daha çox sənaye sahələrində, qeyri-yaşayış məkanlarında istifadə edilirdi. Lakin sonradan müəyyən elementlərin daxil edilməsi nəticəsində bü üslubun yaşayış məkanlarına tətbiqi reallaşdı. Onuda qeyd etmək lazımdır ki, estetik gozəlliyi yaradan kövrək elementlərlə incə davranış tələb olunur. Çünki şüşədən olan stol-stul, rəflər, plastik məhsullardan olan stulların səthlərinin zərər görməməsi üçün səliqəli istifadə vacibdir. Hay-tek üslubu dəbə uyğun olaraq müasir materillardan olan elementlərlə daim yenilə bildiyindən gənc nəsil tərəfindən çox sevilir. Qeyri-ənənəvi formaya, maksimal funksionallığa malik mebel bu üslubun əsas atributlarından biridir. Həmçinin məkanın quruluşu və elementlərin yerləşmə mövqeyində tətbiq edilən qeyri-adilik ümumi interyerin estetikasına təsir göstərir. Bu üslub müəyyən mənada praktik mənaya malik olsa da, sənaye dizaynı baxımından artıq elementləri kənar edib məkanda genişlik yaratmaqla estetik gözəllik bəxş edir.

SİFARİŞ