ZAFEROĞLU İNŞAAT

“Zaferoğlu Inşaat”-ın əsas fəaliyyət istiqaməti təmir, tikinti və dizayn işləridir. Şirkət quruluşundan indiyədək çox sayda müxtəlif istiqamətli təmir-dizayn işlərinin sifarişini qəbul etmiş, proyektləri uğurla sona çatdırmış və dərin müştəri məmnuniyyəti ilə sahiblərinə təhvil vermişdir.

Daim inkişafda olan şirkətimiz paytaxt Bakı ilə yanaşı regionlarda da fəaliyyətini həyata keçirməklə müştərilərini məmnun edir. Həmçinin yüksək zövqlə tərtib olunmuş dizayn işlərimiz yalnız ölkəmizdə deyil, hətda xarici ölkələrdə də böyük maraqla qarşılanır.Bunun nəticəsində şirkətimiz ölkə xaricində də öz çox sayda sifarişləri qəbul və icra edir.


Missiyamız

Müştərilimizin maraqlarını qorumaq üçün qabaqcıl texnologiyalarla istehsal olunmuş materiallarla təmin olunmasını satıcılardan tələb etməklə,işimizi peşəkarcasına,məsuliyyətlə,keyfiyyətlə həyata keçirməkdir.

Məqsədimiz

Təmir etdiyimiz mənzillərin üslubuna uyğun olaraq bütün mebellərin öz brendimiz adı altında istehsalına başlamaq və "Zaferoğlu" adını Azərbaycan brendi olaraq dünyaya tanıtmaqdır.

Hədəflərimiz

Xidmət sahələrimizi daha da genişləndirərək,2020-ci ilə qədər Azərbaycanın ən azı 3 regionunda,2025-ci ilə qədər isə dünyanın 5 inkişaf etmiş ölkəsində nümayəndəliklərimizi açmaqdır.

Prinsiplərimiz

"Şəffaflıq,keyfiyyətli iş,etibarlılıq,düzgünlükdür.Bu prinsiplərə əməl olunması - bizim uğurlu inkişafımızın qarantıdır.