Ev şəraitində idman zalının təşkili

Sahənin balaca olmasına baxmayaraq bina evlərində yaşayan sakinlər idman zalı təşkil etmək üçün hər zaman bir yol axtarırlar.

Evinizdə şəxsi idman zalı yaratmaq motivasiyası müxtəlif məqsədlərə görə ola bilər. Kimsə artiq çəkidən azad olmaq üçün, kimsə əzələlərini daim qorumaq üçün, kimsə vaxt məhdudiyətindən idman və fitnes mərkəzlərinə gedə bilmədiyi üçün.

Lazımi avadanlıqlar quraşdıraraq idman zalını evdə təchiz edəndən sonra, istənilən vaxt məşq edə bilərsiniz. Beləliklə, həm vaxtınıza həmdə  pulunuzu qənayət etmiş olacaqsınız.

İdman zalı yaratmaq üçün lap böyük boş sahəyə ehtiyyac yoxdu. Bunun üçün istənilən boş otaq və yaxud yer bəs edə bilər. Məsələn, evdə boş otaq yoxdusa fantaziyanızı istifadə edərək balaca bir zirzəmidə belə  idman zalı yaratmaq olar.

Divarlarda böyük güzgülərdən istifadə etsəniz sahəni vizual olaraq genişləndirə bilərsiniz. Əsas olan isə sizə lazımı olan aparatları düzgün yerləşdirəsiniz. Hər bir trenajor aparatı bir birindən elə məsafədə dəyanmalıdıki hərək zamanı tam işləyə bilsin və digər aparata dəyməsin.

Qaraj da bu məqsədə xidmət edə bilər. Avtomobilin maneəsiz girməsi üçün kifayət qədər boş yer ayırın, küncdə isə boş sahəyə aparatları düzün.

Evlərdə çardaq otaqları (mansard) kifayət qədər boş sahəyə malik olurlar. İdman otağı üçün ən uyğun məkanlardan biridir. Çardaqda çardaq şüşələrini quraşdıraraq, işıqlandırma problemini həll edirsiniz.

İdman zamanı etdiyimiz hərəkətlərin nəticəsində insan tərləyir bədəni nəm olur. Bu baxımdan idman etdiyiniz məkani istilik sistemi olmalıdı. Xüsusilə qışda məşqlərdən gözlənilən müsbət təsir yerinə, soyuqdəymə ola bilərsiniz.

Hündürmərtəbəli binalarda yaşayırsanızsa heyifslənməyin. Bu haldada idman məkanı yaratmaq olar. Bəzi avadanlıqları balkona, digərlərin isə dəhliz, yataq otağına qoya bilrsiniz. Əsas olan otaqda mane yaratmasın və evinizin ümumi görünüşünü pozmamaqdır.

SİFARİŞ