Gözəl dizaynlı sanuzelə necə sahib olaq?

Sanuzeli (hamam otaqlarını) təmir edərkən nələrə diqqət etməliyik?

Sanuzel təmiri evlərdə, binalarda, ofis, iş yeri və s. yerlərin içində olan kiçik otağın qismən və ya tam olaraq təmir işləridir. Sanuzel təmir etmək bir işlə yekunlaşmır. Buraya müxtəlif profilli sahələr daxildir və evimizin təmiri zamanı ən bahalı təmir sahələrindən biridir. Təmirin uğurla başa çatması isə istifadə olunacaq tikinti materiallarından çox aslıdır. Bəzən biz minlərlə manat xərclədiyimiz bu təmir işlərini bir neçə ildən sonra təkrarlamalı oluruq. Bəzən düzgün dekorasiya seçməmək, bəzən isə istifadə olunan keyfiyyətsiz materiallar bizi buna vadar edir.

Sanuzel təmiri zamanı diqqət edəcəyimiz məsələlər aşağıdakılardır:

  • Düzgün dizayn işi
  • Kafel və metlax seçimi
  • Kiçik şkafların seçimi
  • Vannanın təmiri və ya dəyişdirilməsi
  • Sauna hissəsinin dəyişdirilməsi, təmiri və ya yenidən qurulması
  • İşıqlandırma sisteminin təmiri və ya quraşdırılması
  • əl-üz yuyan çanaqlarının təmiri və ya quraşdırılması

Təmirdən sonra ən çox qarşılanan problemlər:

  • Yapışdırılan kafel və metlaxların qopması, çatlaması və sınması
  • Edilən boya işlərinin aşınması və rənginin dəyişməsi
  • Dizaynın yenilənməsinə ehtiyacın yaranması

Bu problemlər yaşanmasın deyə dizayn-təmir işlərini professionallara etibar etmək məsləhət görülür

Sanuzelə estetik gözəllik verən və onun ayrılmaz hissəsi olan kafel və metlaxların seçilməsində diqqətli olmaq lazımdır. Çünki təmirin effektivliyini təmin etmək üçün müxtəlif mozaikalarla, şəkillərlə, illüstrasiyalarla bəzədilmiş kafellər sizin dizaynınızın və zövqünüzün əsasını təşkil edəcəkdir. Sanuzel otağına daxil olan şəxs ilk olaraq onun kafel və metlax seçiminə heyran olmalıdır.Amma gözəl kafel seçimi ilə yanaşı onun yapışdırlıması, yapışma zamanı keyfiyyətin itməməsi, aralıq doldurma materialları və s. də öz sözünü deyəcək.

Kafel və metlax niyə qopur, çatlayır və ya sınır?

Bu sual bəzilərimizi çox düşündürsə də əslində cavabı elə də çətin deyil. Əvvəla sanuzel otağı suyun və boru xətlərinin ən çox olduğu məkandır. Burada kafel və metlaxın altında qalan isti və soyuq su, kanalizasiya boruları gələcəkdə təmirimizin korlanmasına səbəb olur. Bu problemlərdən qurtulmaq üçün təmirə başlamazdan əvvəl bütün sadalanan boruları yeniləmək lazımdır. Bundan əlavə seçdiyimiz kafel və metlax yapışdırıcıları istiyə və soyuğa davamlı olmalıdır. Çünki zamanla davamsız yapışdırıcılar aşınmaya məruz qalaraq kafelin altında boşluqların yaranmasına səbəb olur. Bu boşluqları üzərində duran kafel və metlax yüklənməyə məruz qaldıqda sınma və çatlama ilə nəticələnir.

Beləliklə əgər sanuzel otaqları düzgün dizayn edilsə, təmir zamanı keyfiyyətli materiallardan istifadə olunsa, professional ustalar təmir etsələr gələcəkdə hec bir problem yaşamayacaqsınız.

 

ORDER