Dəhliz dizaynı – Məsləhətlər

Dəhliz

Mənzilə daxil olan adam ilk olaraq dəhlizə girir. Çox vaxt qonağın ev sakinləri haqda ilkin təəssüratı məhz elə dəhlizdən başlanır.

Başlıca rollardan birini naxış materiallarının rəngləri oynayır.

Balaca və qaranlıq dəhlizdə açıq materiallardan istifadə etmək yaxşı olardı, əksinə geniş dəhlizdə daha çox tünd rənglər yarayar, məsələn: dolğun qırmızı və qəhvəyi rənglər. Dar dəhlizi zahiri genəltmək üçün divarların bəzəyində soyuq rənglərdən istifadə etmək lazımdır.

Dəhlizi təchiz edəndə onun ölçülərini nəzərə almaq və buna müvafiq olaraq, mebel seçmək lazımdır. Dəhlizi həddindən artıq doldurmaq lazım deyil, mebelin miqdarını maksimal məhdudlaşdırmaq lazımdır. Bu, paltarasan, ayaqqabı şkafı və güzgüdür, digərlərinə yer yoxdursa, yaxşısı budur ki, başqa otaqda yerləşdirəsiniz. Yaxşı variant divarlarda qurulmuş güzgülü şkaf ola bilər. Bu halda dəhlizdə nə başqa şkaf, nə də güzgü yerləşdirməyə ehtiyac olmur. Dəhliz isə çox səliqəli və müasir görünür.

Əgər dəhliziniz kiçik ölçüdədi yaxşı olarki böyük güzgüdən istifadə edəsiniz. bu dəhlizi vizual olaraq daha böyük göstərəcək.

 

, , , , , , , , , ,

SİFARİŞ