2017-ci ilin dizayn/dekorasiya trendləri

2017-ci ilin ev dekorasiya/dizayn trendləri barədə proqnozlarını məqalə halına gətirib sizlərə təqdim edirik. Bu trendlər eleqant, ruh yüksəkliyi yaradan və ən əsası, evinizin yenidən təmir olunmasını tələb etməyən tipdədirlər.

 

YAŞIL

Yaşıl rəng yenidən dəbdə olacaq. Limon yaşılından zümrüd rənginə qədər, yaşılın hər tonu ev dekorasında əsas rənglərdən biri olaraq seçiləcək. Əgər siz, evinizdə yaşıl rəngi əsas rənglərdən biri olaraq işlətmək ideyasına yaxın deyilsinizsə, o zaman ,sizə evinizdə ağ fonlara və ya işlətdiyiniz ağ aksesuarlara zümrüdü şüşədən hazırlanmış yeni aksesuarlar əlavə etməniz məsləhət görülür.

TROPİK İZLƏR

İnterier dizayn dünyasının trendlərinin, moda dünyasıyla sıx əlaqəsinin olması sir deyil, və bu il biz Marc Jacobs, Prada, Emanuel Ungaro kimi öndə gələn brendlərin tropik izlərdən istifadə etdiyini gördük. Dizayner Martyn Lawrence-Bullardın dediyinə görə, bu kimi izlər bu il oboylarda və dizayner parçalarında, yəni mebellərdə istifadə olunmağa davam edəcək. Nəzərə alsaq ki, bu kimi izlər çox insan tərəfindən sevilmir, siz evinizdə, sadə və bir rəngdə olan divan-kreslo dəstinizə yeni yastıqçalar əlavə edə bilərsiniz.

TEKSTURA

Ev dizaynlarında teksturanın işlənməsi, cürbəcür parçaların və materialların uyğunlaşdırılaraq işlədilməsi gözə çarpacaq. Dizayner Bullard vurğulayır: ‘’Yenilənən dəbdə biz, hər gün daha çox və daha çox tekstura görməyə başlayırıq. Teksturalı parça divanlardan başlayaraq, parça görünümdə olan oboylara qədər, bu il gözünüzə bol-bol tekstura çarpacaq. ‘’

MƏRMƏR

‘Vogue’ jurnalı tərəfindən 2015-ci ilin yüksələn 5 cavan interier dizaynerindən biri adlandırılnış Young Huh, 2016-ci ilin ən sevilənlərindən olan mərmərin 2017-ci ildə də yüksəlməyə davam edəcəyini bildirir. “Biz bu trendi xoll, mətbəx və hamam dizaynlarında görəcəyik. Bu çox təbii və təmiz bir görüntü verdiyi üçün insanlar tərəfindən seçilməyə davam edəcək.“

SAKİT RƏNGLƏR

Bu il əsasən, ağ, bej, açıq boz, pudra çəhrayı və bu kimi digər pastel rənglər ən çox seçilən rənglər arasında yer alacaq.

FƏRQLİ İŞIQLANDIRMA

Evinizin dizaynının özünəməxsusluğunun gözə çarpmasında ən önəmli olan şey, məhz işıqlandırmadır. Fərqli işıqlandırma ilə sizin yemək/qonaq otağınız möhtəşəm bir görüntüyə sahib ola bilər. 2017-ci ildə evinizdə işıqlandırmaya böyük diqqət ayırmanız məsləhət görülür. Yemək/qonaq otağınızla yanaşı, yataq otağınızdakı gecə lampalarını da yeniləməyi düşünə bilərsiniz.

ANTİK MEBELLƏR

Yeni ildə insanlar modern mebellərdən daha çox, klassik və antik mebelləri seçəcəklər. Modern mebellərin əksər hallarda sahib olduqları sadə və sakit görüntüdən daha çox, sarayı xatırladan işləmələr və açıq rənglər istifadə olunmuş mebellər daha öndə olacaq.

BOZ

Boz 2016-ci ilin interier dünyasının çox sevilən rənglərindən idi və rəng 2017-də də yetərli qədər öndə olacaq. `Biz bozun fərqli çalarlarını, əksər hallarda boz və ağ rəngi birlikdə və ya tünd tonlarda olan boz rənglər görəcəkəyik, Boz elə bir rəngdir ki, istənilən düzgün seçilmiş tonlarla birliktə işlədilə və çox gözəl bir görüntüyə sahib ola bilir.

BÜRÜNC

2017-nin hər bir dizaynı isidə bilən bir rəng olan bronz rəngi özü ilə gətirəcəyini düşünülür. Saysız dekorasiya stilinə uyğunlaşa bilən bronz rəngin dizaynın klassiklərindən olduğunu vurğulayan dizaynerlər, yemək/qonaq otağınızda vaza, lampa və ya hər hansı bir aksesuarlarda istifadə edilə biləcəyinə, bundan başqa mətbəxinizdə də yemək dəstindən kənar kasalar şəklində istifadə edə biləcəyinizi vurğulayır.

Bu trendlər barədə düşüncələrinizi bizimlə facebook və ya instagram səhifələrimiz vasitəsilə paylaşmağı unutmayın.

 

SİFARİŞ