“Zaferoğlu İnşaat” Bakıda peşə məktəbinin açılmasına dəstək olacaq

“Zaferoğlu İnşaat” Bakıda inşaat sahəsini əhatə edəcək peşə məktəbinin açılmasına dəstək olacaq. Bu münasibətlə şirkətin ofisini ziyarət edən koreyalı professor Kim Pan Wook “Zaferoğlu İnşaat”ın rəhbəri Zəfər Məmmədov və icraçı direktoru Firdovsi Baxışovla fikir mübadiləsi apardı. Qonaq “Zaferoğlu İnşaat”ın təcrübəsi ilə tanış oldu və yaradılması planlaşdırılan peşə məktəbləri ilə bağlı şirkətin dəstəyini aldı. Sonra qonaq “Zaferoğlu İnşaat”ın iş prossesi və Zaferoğlu Akademiyasında dərslərin gedişatı ilə tanış oldu.
Qeyd edək ki, koreyalı mütəxəssislər yaxın zamanda dövlət dəstəyi ilə paytaxtda bir neçə sahəni əhatə edən peşə məktəbləri yaratmaq niyyətindədir.

SİFARİŞ